İran prezidenti Məsud Pezeşkian Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edəcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
Məlumata görə, İran prezidenti sentyabrın 22-də Nyu-Yorka uçacaq və Baş Assambleyada çıxışı sentyabrın 24-də baş tutacaq.
Agentlik qeyd edib ki, prezidentin BMT Baş Assambleyasında çıxışı ilə yanaşı, "Gələcək" Sammitdə iştirakı, ABŞ-dakı İran diasporunun nümayəndələri, media nümayəndələri ilə görüşləri, habelə dövlət başçıları ilə danışıqları nəzərdə tutulub.