Operativ Məlumat Mərkəzi

Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxartdı

1 dəq
Paylaş:
Pezeşkian Antarktidada dincələn köməkçisini işdən çıxartdı
M.Pezeşkian bununla bağlı sərəncam imzalayıb. Sərəncamda deyilir: "Novruz bayramında Antarktidada istirahət səfərində olmağınız təsdiqini tapdı....

İran Prezidenti Məsud Pezeşkian parlament məsələləri üzrə köməkçisi Şəhram Dəbirini vəzifəsindən kənarlaşdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Azad İran" "Telegram" kanalına istinadla xəbər verir ki, M.Pezeşkian bununla bağlı sərəncam imzalayıb.

Sərəncamda deyilir: "Novruz bayramında Antarktidada istirahət səfərində olmağınız təsdiqini tapdı. Möminlərdən nümunə götürməklə fəxr edən bir hökumətdə, xalqa qarşı iqtisadi təzyiqlərin yüksək və məhrumiyyətlərin çox olduğu bir şəraitdə məmurların, hətta şəxsi hesablarına belə bahalı istirahət səfərlərinə getməsi müdafiə oluna və əsaslandırıla bilməz".

Qeyd edək ki, daha öncə Ş.Dəbirinin Antarktidaya səfəri ilə bağlı məlumat və görüntülərin paylaşılması vətəndaşların kəskin etirazına səbəb olmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər