Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pezeşkian: “Müqavimət İsrailin planlarını pozdu”

2 dəq
Paylaş:
Pezeşkian: “Müqavimət İsrailin planlarını pozdu”

İran Prezidenti Məsud ötən il İsrail tərəfindən başladılan və 12 gün davam edən hərbi qarşıdurmanın ildönümü ilə bağlı bəyanatla çıxış edib. İran xalqının nümayiş etdirdiyi birliyi və dözümlülüyü yüksək qiymətləndirib.

"Operativ Məlumat Mərkəzi-OMM" "IRNA" agentliyinə istinadən xəbər verir ki, Pezeşkian sözügedən müharibəni ölkənin milli həmrəyliyinin rəmzi adlandırıb və həlak olanları ehtiramla yad edib.

O, İsrail hökumətinin hərbi rəhbərlərə və strateji obyektlərə qarşı hücumlarla İran cəmiyyətini zəiflədəcəyi və ölkədə qeyri-sabitlik yaradacağı ilə bağlı hesablamalarının yanlış olduğunu bildirib.

Pezeşkianın sözlərinə görə, İran xalqının göstərdiyi əzm və , həmçinin silahlı qüvvələrin yüksək hazırlığı İsrailin qarşısına qoyduğu hədəflərə çatmasına mane olub. İran lideri qeyd edib ki, bu amillər nəticə etibarilə qarşı tərəfi atəşkəsi qəbul etməyə məcbur edib.

Xatırladaq ki, ötən il iyunun 13-də İsrailin İrana qəfil hücumu ilə başlayıb. Həmin hadisələr zamanı yüksək rütbəli hərbçilər, nüvə sahəsində çalışan alimlər, siyasətçilər və mülki şəxslər həyatını itirib. Daha sonra ABŞ-nin da İsfahan, Natanz və Fordovdakı nüvə obyektlərinə hücumlarla müdaxilə etdiyi qarşıdurma iyunun 24-də başa çatıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax