Macarıstanın gələcək baş naziri Peter Magyar prezident Tamaş Şujoku və bir neçə digər məmuru könüllü istefa verməsələr, vəzifələrindən azad edəcəyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki , bununla bağlı xarici KİV məlumat yayıb.
"Orbanın kuklaları 31 maya qədər könüllü olaraq vəzifələrini tərk edə bilərlər. Bu, Macarıstan Prezidentinə, Ali Məhkəmənin Prezidentinə, Milli Ədliyyə Orqanına, Konstitusiya Məhkəməsinin Prezidentinə və Baş Prokurora aiddir", - o qeyd edib.
Magyar əlavə edib ki, parlament seçkilərində Macarıstan xalqı tam siyasi transformasiyaya səs verib.
Xatırladaq ki, Macarıstanda parlament seçkiləri aprelin 12-də keçirilib . Tisza partiyası Macarıstan parlamentində 141 yer, Fidesz alyansı və Baş nazir Viktor Orbanın rəhbərlik etdiyi Xristian Demokrat Xalq Partiyası isə 52 yer qazanıb.