"Vladimir Putin 2024-cü ildə keçiriləcək seçkilərdə 90 faizdən çox səslə yenidən prezident seçiləcək.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "The New York Times" qəzetinə müsahibəsində Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib.
Peskov qeyd edib ki, Rusiyanın prezident seçkiləri tam olaraq demokratiya deyil, bahalı bürokratiyadır.
"Cənab Putin gələn il 90 faizdən çox səslə yenidən seçiləcək".