Əsas məzmuna keç

Peruda yeni qəbilə aşkarlanıb

Peruda yeni qəbilə aşkarlanıb

dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan “Maşko-Piro” qəbiləsi Perunun cənub-şərqindəki Amazon meşələrində aparılan ağac kəsmə əməliyyatlarından...

Peruda meşələrində yeni qəbilə aşkar edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, dünyadan tamamilə təcrid olunmuş şəkildə yaşayan “Maşko-Piro” qəbiləsi Perunun cənub-şərqindəki Amazon meşələrində aparılan kəsmə əməliyyatlarından cəmi bir neçə kilometr aralıda görüntülənib.

"Survival International" təşkilatının Monte Salvado bölgəsində çəkdiyi fotoşəkillərdə 50-dən çox "Maşko-Piro" qəbilə üzvü görüntülənib.

Ağac kəsmə əməliyyatlarının yerli əhalini öz torpaqlarından didərgin saldığını bildirən "Survival International" könüllüləri bölgədə fəaliyyət göstərən bütün şirkətlərin ağac kəsmə lisenziyalarının ləğv edilməsini və torpaqların Maşko Piro əhalisinə təhvil verilməsini tələb edir.

750-dən çox üzvü olduğu düşünülən və Perunun cənub-şərqindəki meşələrin dərinliklərində yaşayan "MaŞKo-Piro" qəbiləsinin "dünyanın ən böyük əlaqəsi olmayan qəbilə" olduğu təxmin edilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…