Peruda son həftələrdə artan "dang" qızdırması halları ilə əlaqədar fövqəladə vəziyyət elan edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Səhiyyə Nazirliyi bu ilin 7 həftəsində qeydə alınan "dang" qızdırması hallarının ötən ilin eyni dövrü ilə müqayisədə təxminən iki dəfə artdığını açıqlayıb.
2024-cü ildə ölkədə yoluxma sayının 31 mini keçdiyinə diqqət çəkən nazirlik, 2023-cü ildə qeydə alınan 18 ölümə baxmayaraq, bu il indiyədək 32 nəfərin öldüyünü açıqlayıb.
Fövqəladə vəziyyət paytaxt Lima və 24 bölgəni əhatə edəcək.
Keçən il ölkədə "dang" qızdırması səbəbindən minlərlə insan reanimasiya şöbələrində müalicə olunub.