Perunun baş naziri Alberto Otarola ölkəyə qeyri-qanuni yollarla daxil olan sənədsiz immiqrantların deportasiya ediləcəyini açıqlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərə açıqlama verən Otarola sərhəd bölgələrində təhlükəsizliyin artırıldığını xatırladıb və hökumət olaraq ilk konkret tədbirləri həyata keçirdiklərini bildirib.
Son zamanlar ölkədə cinayət nisbətlərində ciddi artım olduğunu qeyd edən Otarola, "Bütün bu cinayətlər ölkədə misli görünməmiş, dəhşətli və öldürücü qəzəb doğurdu. Onların təkrarlanmasını istəmirik. Bir ailənin daha ölməsinə icazə verə bilmərik",- deyə, o bildirib.