Peru mətbuatında erməni cinayətlərindən bəhs olunub

Peru mətbuatında erməni cinayətlərindən bəhs olunub
15.02.2024 05:00
Aa
dəq

Perunun nüfuzlu “La Razon” xəbər portalında Azərbaycana səfər etmiş tanınmış perulu jurnalist Rikardo Sançesin müəllifi olduğu “Qarabağda dəhşət” adlı məqalə dərc olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Azərbaycanın Meksikadakı səfirliyindən bildirilib.

Məqalədə Xocalı soyqırımı zamanı yüzlərlə günahsız insanın erməni silahlı dəstələri tərəfindən amansız şəkildə qətlə yetirilməsi, onlardan bir qisminin Əsgəran qəsəbəsində qala divarları yanında kütləvi məzarlıqda dəfn edilməsi vəhşilik kimi qiymətləndirilir.

Qeyd olunub ki, Ermənistan tərəfindən Azərbaycana qarşı həyata keçirilən çoxillik işğal, soyqırım, deportasiya və terrorizm siyasəti nəticəsində minlərlə həmvətənlimiz məhz etnik və dini nifrətin qurbanı olub, çoxları əsir götürülüb və ya itkin düşüb. Qarabağın müxtəlif yerlərindən qətlə yetirilmiş insanların qalıqlarının tapılmasının Ermənistanın Azərbaycana qarşı soyqırımı törətdiyini təsdiqlədiyi vurğulanır.

Müəllif yazıb ki, amansız qatillərdən biri 1990-cı illərin əvvəllərində Qarabağ regionunda fəaliyyət göstərən qanunsuz erməni silahlı dəstələrinin üzvü, lokal xarakterli antiterror tədbirləri zamanı əsir götürülən Rəşid Beqlaryan pusquya düşmüş 200-ə yaxın azərbaycanlının, əsasən qadın, uşaq və qocanın avtomatik silahla öldürüldüyünü etiraf edib, dinc əhaliyə qarşı cinayətlərin törədildiyi yerlər haqqında ətraflı məlumat verib.

Həftənin ən çox oxunanları

Blinken Azərbaycan xalqını təbrik edib

Blinken Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu