Peru Azərbaycana başsağlığı verib

Peru Azərbaycana başsağlığı verib
27.12.2024 07:27
Aa
dəq

Perunun Xarici İşlər Nazirliyi “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus “Embraer 190” təyyarəsinin dekabrın 25-də Qazaxıstanın Aktau şəhərinin yaxınlığında qəzaya uğraması ilə əlaqədar Azərbaycana başsağlığı verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici siyasət idarəsi kommünike yayıb.

“Peru Hökuməti və xalqı 25 dekabr tarixində Aktau şəhəri yaxınlığında baş vermiş faciəvi təyyarə qəzası ilə əlaqədar Azərbaycan Respublikası hökuməti və xalqı ilə həmrəy olduğunu bildirir və həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı diləklərini çatdırır”, – sənəddə qeyd olunub.

Həftənin ən çox oxunanları