Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqların növbəti raundu İsveçrənin Cenevrə şəhərində davam edir.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə “RIA Novosti” agentliyi mənbəyə istinadən məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, danışıqlar Moskva vaxtı ilə saat 11:00-da başlayıb. Görüş 17-18 fevral tarixlərində keçirilir və tərəflər arasında üçüncü raund hesab olunur.
Rusiya nümayəndə heyətinə Rusiya Prezidentinin köməkçisi Vladimir Medinski rəhbərlik edib.
Bundan əvvəl üçtərəfli danışıqların əvvəlki mərhələsi 4-5 fevral tarixlərində Əbu-Dabi şəhərində baş tutub. Həmin görüşdə Rusiya nümayəndə heyətinə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi admiral İqor Kostyukov rəhbərlik edib.
Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, nümayəndə heyətinin tərkibindəki dəyişiklik İsveçrədə keçirilən görüşdə ərazi məsələsi də daxil olmaqla daha geniş mövzuların müzakirəsi ilə əlaqədardır.