Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail və Livan arasında növbəti görüş nə vaxt olacaq?

2 dəq
Paylaş:
İsrail və Livan arasında növbəti görüş nə vaxt olacaq?

İsrail və Livan arasında birbaşa danışıqların ikinci mərhələsi Departamentində keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.

Bildirilib ki, görüş 23 aprel cümə axşamı Vaşinqtonda baş tutacaq. Dövlət Departamentinin sözçüsü televiziya kanalına açıqlamasında 14 apreldən etibarən başlayan əməkdaşlığı “məhsuldar” adlandıraraq Vaşinqtonun iki ölkə arasında birbaşa və xoşməramlı müzakirələri təşviq etməyə davam edəcəyini bildirib.

“The Times of Israel”in məlumatına görə, İsrailin Vaşinqtondakı səfiri və Livanın səfiri Nada arasında birbaşa danışıqların ikinci mərhələsi keçiriləcək. Görüşdə həmçinin İsrail, Livan və ABŞ nümayəndələrinin də iştirakı gözlənilir.

Qeyd olunub ki, Livan Prezidenti Cozef Aun daha əvvəl danışıqlara ABŞ-nin keçmiş səfiri Simon Karamın rəhbərlik etdiyi nümayəndə heyətinin qatılacağını açıqlamışdı. İsrail və Livan arasında ilk görüş isə aprelin 14-də Vaşinqtonda baş tutmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax