Əsas məzmuna keç

Pensiya tutulma müddəti 1 ilə endirilir

Pensiya tutulma müddəti 1 ilə endirilir

Milli Məclisdə müzakirə edilən Ombudsman məruzəsində pensiyaçılara mühüm güzəşt təklif olunub. 3 illik limitin 1 ilə endirilməsi kimlərə şamil ediləcək? Oxuyun:

en ru

Azərbaycanda artıq ödənilmiş pensiyaların geri tutulma müddətinin 1 ilə endirilməsi təklif olunur.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu mühüm təşəbbüs İnsan hüquqları üzrə müvəkkilin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsində əksini tapıb.

Sözügedən sənəd Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

İclasda qeyd edilib ki, əmək pensiyasının və ona edilən əlavənin artıq ödənilməsi çox vaxt pensiyaçının səhvindən deyil, müvafiq qurumun fəaliyyətindəki funksional nöqsanlardan qaynaqlanır. Bildirilib ki, sonrakı tutulmalar əmək pensiyaçısının sosial vəziyyətini ciddi şəkildə ağırlaşdırır.

Bu amilləri nəzərə alaraq, artıq ödənilmiş vəsaitin geri qaytarılması üçün "Əmək pensiyaları haqqında" Qanunun 39-1-ci maddəsində nəzərdə tutulmuş müddətin azaldılması irəli sürülüb.

Hazırkı qanunvericiliyə əsasən, bu tutulmanın son 3 il üçün aparılması nəzərdə tutulur. Yeni təklif qəbul edilərsə, bu müddət 1 ilə endiriləcək.

Pensiya

Oktyabr pensiyası 2026

  1. Bakı, Sumqayıt, Abşeron 14 oktyabr · Ödənilib
  2. Naxçıvan MR 7 oktyabr · Ödənilib
  3. Digər bölgələr ən gec 20 oktyabr
Son aylar, artım və pensiya rəqəmləri ›

Pensiya ödənişi başlayanda bildiriş alın: gün açıqlananda və ödəniş günü.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…