Operativ Məlumat Mərkəzi

Pekində istilik rekord həddə çatıb

1 dəq
Paylaş:
Pekində istilik rekord həddə çatıb

Çinin paytaxtı Pekində son 62 ilin iyun ayı üçün ən isti günü qeydə alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 1961-ci ildən sonra ilk dəfə paytaxtda termometrlər 41.1 dərəcəni göstərib.

Bir neçə aydır hökm sürən isti hava Çində enerji böhranı qorxusuna səbəb olub.

Ötən ay isə, ölkənin digər şəhəri Şanxayda son 1 əsrin ən isti may günü qeydə alınmışdı

Vəziyyətlə əlaqədar ölkənin Milli Meteorologiya Mərkəzi ölkənin müxtəlif bölgələrində müşahidə olunan anomal hava şəraiti ilə əlaqədar xəbərdarlığı yeniləyib.

Yerli hakimiyyət orqanları əhaliyə açıq havada gəzməməyi, müvafiq qurumlara isə açıq havada çalışmalı olan əməkdaşlarına qoruyucu və qabaqlayıcı tədbirlər görməyi tövsiyə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər