Çin hökuməti İranda gərginləşən münaqişə ilə bağlı ciddi narahatlığını ifadə edərək, Tehranda bir Çin vətəndaşının həlak olduğunu rəsmən təsdiqləyib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Pekin hərbi əməliyyatların dərhal dayandırılmasına və diplomatik danışıqlara qayıtmağa çağırıb.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninq keçirdiyi brifinqdə bildirib ki, artıq 3000-dən çox Çin vətəndaşı İran ərazisindən təxliyə edilib.
Nazirlik beynəlxalq münasibətlərdə güc tətbiqinə qarşı çıxaraq, ABŞ və İsrailin zərbələrini beynəlxalq hüququn pozulması kimi qiymətləndirib.
Nazirlik bütün tərəfləri hərbi əməliyyatları dayandırmağa, münaqişənin genişlənməsinin qarşısını almağa və region ölkələrinin ərazi bütövlüyünə hörmət etməyə səsləyib.