Əsas məzmuna keç

Çin ABŞ və İsrailə çağırış etdi: İrana hücumları dərhal dayandırın

Çin ABŞ və İsrailə çağırış etdi: İrana hücumları dərhal dayandırın

Çin Xarici İşlər Nazirliyi Yaxın Şərqdə gərginliyin artmasından narahatlığını ifadə edərək tərəfləri dialoqa çağırıb.

en ru

Xalq Respublikası və İsraildən İrana qarşı həyata keçirilən hərbi hücumları dərhal dayandırmağı tələb edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi rəsmi bəyanat yayıb.

Xarici siyasət idarəsinin bəyanatında qeyd olunur ki, rəsmi Pekin baş verən hərbi zərbələrlə bağlı ciddi narahatlıq keçirir.

"Biz hərbi əməliyyatların dərhal dayandırılmasına çağırırıq. Yaxın Şərqdə və sabitliyi qorumaq üçün gərginliyin daha da artmasının qarşısı alınmalı, dialoq və danışıqlar bərpa edilməlidir" - deyə sənəddə bildirilir.

Nazirlik həmçinin vurğulayıb ki, Çin İran İslam Respublikasının milli suverenliyinə, təhlükəsizliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşılmasını zəruri hesab edir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…