Əsas məzmuna keç

Paşinyanın oğlunu oğurlamağa cəhddə şübhəli bilinən qadın barəsində həbs qərarı çıxarılıb

Paşinyanın oğlunu oğurlamağa cəhddə şübhəli bilinən qadın barəsində həbs qərarı çıxarılıb

bu barədə onun vəkili Vaan Hovhannisyan məlumat yayıb. Bu barədə ümumi yurisdiksiya məhkəməsi qərar çıxarıb. Vəkil deyib ki, hakim Jora Çiçoyanın...

Ermənistanın Nikol Paşinyanın oğlu Aşot Akopyanı oğurlamağa cəhddə şübhəli bilinən Akopyan barəsində 1 ay müddətinə qətimkan tədbiri seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə onun vəkili Vaan Hovhannisyan məlumat yayıb.

Bu barədə ümumi yurisdiksiya məhkəməsi qərar çıxarıb.

Vəkil deyib ki, hakim Jora Çiçoyanın qərarından şoka düşüb, çünki proses zamanı həbs üçün heç bir əsasın olmadığı məlum olub.

Müttəhimin hökmlə bağlı apellyasiya şikayəti verəcəyi bildirilib.

Q.Akopyanın aclıq aksiyası davam edir. Onun səhhəti hələ ki, qənaətbəxşdir.

Xatırladaq ki, mayın 18-də 44 günlük müharibədə ordusu tərkibində iştirak edib ölən hərbçinin anası Qayane Akopyan baş nazirin oğlu Aşotun oğurlanmasına cəhddə şübhəli bilindiyi üçün saxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…