Paşinyandan şok Qarabağ gedişi

Paşinyandan şok Qarabağ gedişi
04.03.2023 15:59
Aa
dəq

"Ermənistan nəhayət “Qarabağın statusu" iddiasından və faktiki olaraq bu məsələdə Moskvanın “xidmətlərindən” imtina edir".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu politoloq İlqar Vəlizadə deyib.

Ekspert Ermənistan baş nazirinin sülh müqaviləsi ilə bağlı son açıqlamasına diqqət çəkib:

“Ermənistan Baş naziri Paşinyan rəsmi Bakı ilə Qarabağ erməniləri arasında müzakirə mexanizminin formalaşacağı məntiqi çərçivəsində İrəvanın Qarabağ məsələsini Ermənistan-Azərbaycan normallaşma prosesindən ayırmağa razı olduğunu bəyan etdi. Ermənistan baş naziri fikrini belə əsaslandırdı: “Diqqəti sülh və əməkdaşlıq üçün müsbət imkanlara yönəltməliyik”.

Görünən odur ki, Ermənistan nəhayət “Qarabağın statusu" iddiasından və faktiki olaraq bu məsələdə Moskvanın “xidmətlərindən” imtina edir. İrəvan üçün Qarabağ yükü altına girmədən Qərbin vasitəçiliyi ilə Brüssel görüşünə hazırlıq fonunda hərəkət etmək daha asan olacaq.

Bizim üçün prinsipial əhəmiyyət kəsb edir ki, bütün məsələlər Azərbaycanın Qarabağla bağlı qanuni hüquqları nəzərə alınmaqla, suverenliyə və ərazi bütövlüyünə hörmətin əsas prinsipləri çərçivəsində həll edilsin. Qalan hər şey fantastikadır”.

Həftənin ən çox oxunanları

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib

Gənc əsgərlərin andiçmə mərasimi keçirilib
DAVAMIN OXU davamın oxu

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər

Azərbaycan xüsusi təyinatlıları Türkiyədəki təlimdə atəş fəaliyyətləri icra ediblər
DAVAMIN OXU davamın oxu

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub

Hərbi Hava Qüvvələrinin komandanı vəzifəsi Namiq İslamzadəyə həvalə olunub
DAVAMIN OXU davamın oxu

"Ehtiyatda olan hərbçilərin təlim toplanışları mütəmadi keçirilməlidir"

DAVAMIN OXU davamın oxu

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib

Müdafiə nazirinin müavinləri hərbi vəzifəlilərlə görüşüblər, tapşırıqlar verilib
DAVAMIN OXU davamın oxu