Ermənistanın baş naziri Nikol Paşinyan Münhen Təhlükəsizlik Konfransında iştirak etmək üçün Almaniyaya gedib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Şurasının mətbuat xidməti məlumat verib.
“Baş nazir Nikol Paşinyan həyat yoldaşı Anna Akopyan ilə birlikdə fevralın 16-18-də Münhen Təhlükəsizlik Konfransında iştirak edəcəkləri Münhenə işgüzar səfərə yola düşüb”.
Qeyd olunub ki, Paşinyan ölkənin xarici tərəfdaşları ilə bir sıra ikitərəfli görüşlər keçirəcək.