Əsas məzmuna keç

Paşinyan: Ermənistanın Rusiya dəmir yolu konsessiyası ilə bağlı prinsipial problemi yoxdur

Paşinyan: Ermənistanın Rusiya dəmir yolu konsessiyası ilə bağlı prinsipial problemi yoxdur

Nikol Paşinyan bildirib ki, “Rusiya Dəmir Yolları” rəhbəri Oleq Belozerov onun dəvəti ilə İrəvana gəlib. Tərəflər dəmir yollarının rəqabət qabiliyyətini artırmaq üçün işçi qrupu yaratmaq barədə razılığa gəliblər.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Ermənistanın Baş naziri hökumətin iclasından sonra keçirdiyi mətbuat konfransında ölkənin dəmir yolu şəbəkəsinin idarə olunması üzrə tərəfi ilə mövcud olan konsessiya sazişi barədə danışıb. N.Paşinyan Rəsmi İrəvanın “Cənubi Qafqaz Dəmir Yolu” (CÇD / Rusiya Dəmir Yollarının törəmə müəssisəsi) idarəçiliyi ilə bağlı prinsipial bir probleminin olmadığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyanın sözlərinə görə, “Rusiya Dəmir Yolları” ASC-nin baş direktoru Oleq Belozerov infrastrukturdakı problemləri və perspektivləri müzakirə etmək üçün onun dəvəti ilə İrəvana səfər edib. Səfər çərçivəsində tərəflər arasında dəmir yolunun fəaliyyəti və idarəetmənin səmərəliliyini qiymətləndirmək məqsədilə birgə xüsusi işçi qrupunun yaradılması barədə razılıq əldə olunub.

qeyd edib ki, dəmir yollarının rəqabət qabiliyyətini artırmaq üçün konsessiya idarəçiliyinin formatını dəyişmək, o cümlədən üçüncü ölkələri və ya investorları cəlb etmək variantları müzakirə oluna bilər. O, Rusiya tərəfinin məsələyə dair alternativ konstruktiv təkliflər irəli sürəcəyi təqdirdə İrəvanın buna baxmağa hazır olduğunu bəyan edib.

Paşinyan yaradılan işçi qrupunun 3 ay ərzində infrastrukturun rəqabət gücünü necə yüksəltmək barədə təkliflər paketini hazırlayacağını vurğulayıb. Həmçinin tərəflər arasında beynəlxalq sanksiyaların dəmir yolunun fəaliyyətinə təsiri məsələsində fikir ayrılıqlarının qaldığı, Rusiya tərəfinin sanksiyaları maneə saymadığı, Ermənistanın isə bunu kənar risk kimi dəyərləndirdiyi diqqətə çatdırılıb.

Müzakirələrdə İcevan–Razdan dəmir yolu sahəsinin bərpası, Axuryan (Düzkənd) stansiyasında vaqon təkər cütlərinin dəyişdirilməsi məntəqəsinin inşası, habelə İcevan–Razdan xəttinin Vanadzor–Gümrü dəhlizinə inteqrasiyası layihələri də qaldırılıb. Paşinyan bu işlərin iri investisiya resursları tələb etdiyini deyib.

Ermənistan Hökumətinin rəhbəri xatırladıb ki, cari ilin aprelində Türkiyədə inşası sürətlənən Qars–Dilucu (Naxçıvan) strateji dəmir yolu xətti fonunda Ermənistan dəmir yolunun rəqabət gücünü qorumaq üçün təcili sərmayələrə ehtiyac olduğunu bildirmişdi. Həmin vaxt Rusiya tərəfdaşlarının bu investisiyaları iqtisadi baxımdan məqsədəuyğun saymadığını qeyd edən Paşinyan, İrəvanın başqa investorları dəvət etmək təklifinin də Moskva tərəfindən rədd edildiyini vurğulayıb.

Sonda Paşinyan regionda kommunikasiyaların açılacağı və yükdaşımaların həcminin kəskin artacağı təqdirdə rəqabət məsələsinin ikinci plana keçə biləcəyini, lakin mövcud şəraitdə infrastrukturun modernləşdirilməsi üçün konkret həll yollarının tapılmasının vacibliyini bildirib.

Qatar cədvəli

15:00 Növbəti qatar · Bakı → Sumqayıt Bütün qatarlar ›

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…