Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ dövlət katibi Entoni Blinkenlə telefon danışığı aparıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Onlar regiondakı hərbi-siyasi və humanitar vəziyyəti müzakirə ediblər.
Telefon danışığı zamanı Ermənistan-Azərbaycan danışıqlar prosesi, o cümlədən Vaşinqtonda keçiriləcək müzakirələr ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər regionda sabitliyin və sülhün təmin olunması istiqamətində ardıcıl iş aparıldığını vurğulayıblar.