Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Nikol Paşinyan Karapetyanı məhkəməyə verdi: İddia qəbul edildi

2 dəq
Paylaş:
Nikol Paşinyan Karapetyanı məhkəməyə verdi: İddia qəbul edildi

Mülki məhkəmə Ermənistanın Nikol tərəfindən “Güclü ” partiyasının Karapetyana qarşı qaldırılan iddianı icraata qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə məlumat "Datalex" məhkəmə informasiya sisteminin saytında yer alıb.

İddia mayın 11-də təqdim olunub, mayın 14-də isə icraata qəbul edilərək İrəvan Birinci İnstansiya Ümumi Yurisdiksiyalı Mülki Məhkəməsinin hakimi Erem Yesoyana göndərilib.

Məlumata görə, Nikol Paşinyan 6 milyon dram (təxminən 16 min dollar) məbləğində təzminat tələb edir. İddia ərizəsində məlumatın böhtan xarakterli olduğu bildirilib və ictimai təkzib ilə yanaşı pul kompensasiyası istənilib.

Eyni zamanda, Paşinyan təkzibin yutub platformasında ən azı 200 min abunəçisi olan azı üç media orqanı tərəfindən canlı yayımlanmasını tələb edir. Təkzib mətninin isə əlavə şərh və izah olmadan tam şəkildə oxunması istənilir.

Qeyd edək ki, Samvel Karapetyan daha əvvəl Paşinyanın Çində halüsinasiya yaradan göbələklərdən istifadə etdiyini iddia etmiş, bu iddia isə tərəflər arasında qalmaqala səbəb olmuşdu.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax