Ermənistanın Baş naziri Nikol Paşinyan ölkə parlamentinin gələcək spikeri vəzifəsinə yeni namizəd seçib.
"Operativ Məlumat Mərkəzi-OMM" Ermənistan KİV-ə istinadən xəbər verir ki, hökumət başçısı bu postda Ermənistanın ABŞ-dəkı keçmiş səfiri Lilit Makuntsu görmək istəyir.
"Hraparak" qəzeti yazır ki, Paşinyan bu məqsədlə Makuntsun partiyadaxili səsvermədə ən yüksək nəticə göstərməsinə çalışır.
Məlumata görə, fevralın 15-də "Mülki Müqavilə" partiyasının qurultayı keçiriləcək və burada seçki siyahısı təsdiqlənəcək.
Qeyd edək ki, Ermənistanda növbəti parlament seçkilərinin 2026-cı ilin iyun ayında keçirilməsi gözlənilir.