Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Paşinyan seçki prosesinə qanunsuz təsirin qarşısını almaqdan danışdı

2 dəq
Paylaş:
Paşinyan seçki prosesinə qanunsuz təsirin qarşısını almaqdan danışdı

Ermənistanın Nikol Paşinyan qarşıdan gələn seçkiləri ilə bağlı açıqlama verib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Paşinyan bu fikirləri mayın 7-də hökumətin iclasında səsləndirib.

O bildirib ki, 8 mayda başlayan seçki kampaniyası və 7 iyunda keçiriləcək parlament seçkilərinin əsas məqsədi prosesin standartlara uyğun keçirilməsidir.

vurğulayıb ki, seçkilərdə vətəndaşlarının iradəsinin sərbəst ifadəsi və seçicilərə hər hansı qanunsuz təsirin qarşısının alınması əsas prioritetlərdəndir.

Paşinyan qeyd edib ki, hüquq-mühafizə orqanları indiyədək müəyyən işlər görsə də, seçki rüşvətxorluğu və digər qanunsuz halların qarşısının alınması üçün daha diqqətli olmalıdırlar.

Onun sözlərinə görə, seçkilərin demokratik qaydalara uyğun keçirilməsi, fikir və proqramlar arasında sağlam rəqabətin təmin olunması üçün bütün zəruri şərait yaradılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax