Operativ Məlumat Mərkəzi

"Partizan" ağır nəqliyyat pilotsuz təyyarəsi ilk uçuşunu həyata keçirib

1 dəq
Paylaş:
"Partizan" ağır nəqliyyat pilotsuz təyyarəsi ilk uçuşunu həyata keçirib

"Partizan" ağır nəqliyyat pilotsuz uçuş aparatının uçuş sınaqlarının birinci mərhələsi başa çatıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Qabaqcıl Araşdırmalar Fondunun (APF) mətbuat xidmətindən məlumat verilib.

S.A.Çaplıgin adına Sibir Elmi Tədqiqat Aviasiya İnstitutu (SibNIA) ultraqısa uçuş və eniş qabiliyyətinə malik ağır nəqliyyat pilotsuz uçuş aparatının nümayiş etdiricisinin ilk uçuş sınaqlarını həyata keçirib.

Qurğunun uçuşu 20 dəqiqə davam edib və 200 metr yüksəklikdə 50-200 km/saat sürətlə baş verib.

Bildirilib ki, təhlükəsizliyin təmin edilməsi və avtomatik idarəetmə sisteminin təlimi üçün məlumatların toplanması məqsədilə ilk uçuş pilotlu rejimdə həyata keçirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər