Əsas məzmuna keç

Parlament seçkilərində Xavyer Mileyin partiyası qalib gəldi

Parlament seçkilərində Xavyer Mileyin partiyası qalib gəldi

bununla bağlı xarici KİV məlumat yayıb. Bildirilib ki, səslərin 96 faizi sayıldıqdan sonra açıqlanan ilkin nəticələrə əsasən, Mileyin partiyası "La...

Argentinada keçirilən seçkilərində Mileyin rəhbərlik etdiyi partiyası qalib gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, səslərin 96 faizi sayıldıqdan sonra açıqlanan ilkin nəticələrə əsasən, Mileyin partiyası "La Libertad Avanza" (İrəliləyən Azadlıq) 39 faiz səs toplayaraq seçkidə qələbə qazanıb.

Peronist müxalifətin yaratdığı "Fuerza Patria" (Vətən Gücü) ittifaqı isə səslərin 29,4 faizini əldə edib.

Mileyin partiyası paytaxt Buenos Ayres, eləcə də Kordoba, Santa Fe və Mendosa kimi mühüm və bölgələrdə də uğur qazanıb.

Müxalifət isə 7 sentyabrda keçirilmiş əyalət seçkilərində qalib gəldiyi Buenos Ayresdə gözlənilməz məğlubiyyət yaşayıb.

Bu nəticələr sayəsində iqtidar islahat layihələrini həyata keçirmək və müxalifətin prezident fərmanlarını əngəlləmə cəhdlərini təsirsiz hala gətirmək üçün ciddi üstünlük qazanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…