Operativ Məlumat Mərkəzi

Parlament seçkilərində seçici fəallığı 41 % təşkil edib

2 dəq
Paylaş:
Parlament seçkilərində seçici fəallığı 41 % təşkil edib
bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi açıqlama verib. O, 41 faiz əhalinin, təxminən, 25 milyona yaxın vətəndaş olduğunu deyib. “Əvvəlki...

İranda keçirilən parlament seçkilərində seçici fəallığı 41 % təşkil edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İranın daxili işlər naziri Əhməd Vahidi açıqlama verib.

O, 41 faiz əhalinin, təxminən, 25 milyona yaxın vətəndaş olduğunu deyib.

“Əvvəlki seçkilərlə müqayisədə seçici fəallığının daha yüksək olduğuna şahid olduq. Bu, düşmənin fasiləsiz propaqandası ilə yanaşı, ölkənin müxtəlif bölgələrində bizə meydan oxuyan problemlərin yaşandığı bir dövrdə baş verdi”, - deyə Vahidi vurğulayıb.

Qeyd edək ki, İranda 61 milyon əhali səsvermə hüququna malikdir. Vahidi səslərin 5 faizinin məqbul olmadığını bildirib.

Prezident İbrahim Rəisi vətəndaşların seçkiyə belə maraq göstərməsini İslam Respublikası düşmənlərinə “ağır zərbə” adlandırıb.

İranın seçki komissiyası parlamentin 290 yerindən 245-inə mandatın ilk mərhələdə əldə edildiyini bəyan edib. Mandat uğrunda 15 min namizəd mübarizə aparırdı. Qalan yerlər üçün mabrizə ikinci mərhələdə davam edəcək. Çünki birinci mərhələdə qalib namizədlər 20 faizdən artıq səs toplaya bilməyiblər.

Seçkilərinin nəticələrinə əsasən, radikal mühafizəkar namizədlər qalib gəlirlər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər