Parisdə tətillər martin 19-dək uzadılıb

Parisdə tətillər martin 19-dək uzadılıb
15.03.2023 16:38
Aa
dəq

Fransanın paytaxtı Parisdə zibilyığanlar tətili martın 19-dək uzatmaq barədə qərar qəbul ediblər.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məlumatı xarici KİV yayıb.

Bildirilib ki, turistlərin ziyarət etdikləri Parisin ən məşhur küçə və meydanlarında 6600 ton zibil toplanıb. Həşəratlar və siçovullar tullantıların üstünə toplaşıb. Ətrafa üfunət yayılıb. Məlumata görə, sakinlər zibil dolu torbaların üzərindən atlanmağa məcbur olurlar.

Xatırladaq ki, Parisdə bir həftədir zibilyığanlar tətil edir. Onlar pensiya ilə bağlı yaş həddinin qaldırılmasına qarşı çıxır. Fransa hökuməti pensiya yaşını qadınlar üçün 57, kişilər üçün 59 yaşdan uyğun olaraq 62 və 64-ə qaldırmaq istəyir.

Bundan başqa zibilyığanlar aylıq əməkhaqqı və təqaüdün artırılmasını da istəyirlər. Hazırda onların təqaüdü ayda 1200 avro təşkil edir.

Həftənin ən çox oxunanları