Paris-2024: Azərbaycanın son iki idmançısı Paris olimpiadasında mübarizəyə başlayır

Paris-2024: Azərbaycanın son iki idmançısı Paris olimpiadasında mübarizəyə başlayır
10.08.2024 07:23
Aa
dəq

Bu gün Azərbaycanın son iki idmançısı "Paris-2024" Yay Olimpiya Oyunlarında mübarizəyə başlayacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərbəst güləşçilər - Hacı Əliyev (65 kiloqram) və Maqomedxan Maqomedov (97 kiloqram) xalça üzərinə çıxacaqlar.

Üçqat dünya və dördqat Avropa çempionu olan H.Əliyev ilk görüşündə meksikalı Ostin Qomeslə üz-üzə gələcək. M.Maqomedov isə Dominikan Respublikasından Luis Miqel Peresi sınağa çəkəcək. Hər iki qarşılaşma 1/8 finala təsadüf edəcək.

Digər sərbəst güləşçi Giorgi Meşvildişvili (125 kiloqram) isə bürünc medal uğrunda görüşdə qüvvəsini sınayacaq.

Bu gün, həmçinin Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandası final mərhələsində mübarizə aparacaq. Yığma 5 halqa, 3 lent və 2 top proqramı üzrə mükafatçılar arasına düşməyə çalışacaq.

Həftənin ən çox oxunanları

İdmançılarımız paralimpiadanı 11 medalla başa vurdular

İdmançılarımız paralimpiadanı 11 medalla başa vurdular
DAVAMIN OXU davamın oxu

Raman Saley paralimpiya üçüncüsü oldu

Raman Saley paralimpiya üçüncüsü oldu
DAVAMIN OXU davamın oxu

İlham Zəkiyev bürünc medal qazandı!

İlham Zəkiyev bürünc medal qazandı!
DAVAMIN OXU davamın oxu

Paris-2024: Xatirə İsmiyeva medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2

Paris-2024:  Xatirə İsmiyeva medal qazanmaq şansını davam etdirir - YENİLƏNİB - 2
DAVAMIN OXU davamın oxu

Paris-2024: Dürsədəf Kərimova bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB

Paris-2024: Dürsədəf Kərimova bürünc medal uğrunda görüşə çıxacaq - YENİLƏNİB
DAVAMIN OXU davamın oxu