Operativ Məlumat Mərkəzi

Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazandı - YENİLƏNİB

2 dəq
Paylaş:
Paris-2024: Azərbaycan parataekvondoçusu bürünc medal qazandı - YENİLƏNİB
{"az":"K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib. Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız...","en":"","ru":""}

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında bürünc medal qazanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı üçüncü yer uğrunda görüşdə tailandlı Thanva Kaenkhamla üz-üzə gəlib.

Rəqibinə 12:3 hesabı ilə qalib gələn idmançımız bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, bu, Azərbaycanın Paris 2024 Yay Paralimpiya Oyunlarında ilk medalı olub.

Paralimpiada sentyabrın 8-də başa çatacaq.

***

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov Paris-2024 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, K44 kateqoriyası üzrə 58 kiloqram çəki dərəcəsində çıxış edən idmançı bu mərhələdə türkiyəli Can Özcanla üz-üzə gəlib.

Rəqibinə 18:23 hesabı ilə uduzan Zeynalov bürünc medal uğrunda qarşılaşmada iştirak hüququ qazanıb.

Qeyd edək ki, yarışa sentyabrın 8-də yekun vurulacaq.

***

Azərbaycan parataekvondoçusu Sabir Zeynalov (58 kq) Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, K44 kateqoriyasında yer alan idmançı 1/4 final mərhələsində Yaponiya təmsilçisi Mitsuya Tanaka ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn (6:5) Zeynalov yarımfinala yüksəlib.

Qeyd edək ki, paralimpiada sentyabrın 8-də başa çatacaq.

Bu xəbəri paylaş

Oxşar xəbərlər