Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu final mərhələsində gürcüstanlı İlya Sulamanidze ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev olimpiya çempionu olub.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiadanın qızıl medalına sahib çıxıb.
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu yarımfinal mərhələsində özbəkistanlı Muzaffarbek Turoboyevlə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev finala vəsiqə qazanıb.
Təmsilçimiz həlledici mərhələdə İlya Sulamanidze ilə (Gürcüstan) qarşılaşacaq.
Azərbaycan cüdoçusu Zelim Kotsoyev Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti görüşünü keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/4 final mərhələsində Peter Palçik (İsrail) ilə üz-üzə gəlib.
Rəqibinə qalib gələn Kotsoyev yarımfinala yüksəlib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.
Azərbaycan cüdoçusu Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında Zelim Kotsoyev mübarizəyə başlayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, 100 kq çəki dərəcəsində yer alan dünya çempionu 1/8 final mərhələsində Pyotr Kuçera (Polşa) ilə üz-üzə gəlib.
Rəqibini məğlub edən Kotsoyev 1/4 finala yüksəlib.
O, növbəti raundda Peter Palçik (İsrail) ilə qarşılaşacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq. Daha əvvəl cüdoçu Hidayət Heydərov (73 kq) olimpiya çempionu olub.