“Papanin” və “Kubinka”da narkotik satan 8 nəfər tutulub

“Papanin” və “Kubinka”da narkotik satan 8 nəfər tutulub
18.04.2023 11:41
Aa
dəq

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində növbəti əməliyyatlar keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən 8 nəfər - Elşən Alıyev, İsmayıl Musayev, Firdovsi Məmmədov, Elvin Səfərov, Aqşin Oruczadə, Sunay Bağırov, Cavid Əliyev və Tərlan Xəlilov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 6 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkar edilib. Saxlanılanlar narkotik vasitələri sosial şəbəkələrdə tanımadıqları İran vətəndaşlarından onlayn yolla şəxsi istifadələri ilə yanaşı paytaxt ərazisində satmaq məqsədilə əldə etdiklərini bildiriblər. Qeyd edək ki, əməliyyatlar zamanı saxlanılan Elşən Alıyev və İsmayıl Musayevin gənclər və yeniyetmələr arasında narkotik vasitələrin təbliği ilə məşğul olduqları da müəyyən edilib. Onlar gəncləri sosial şəbəkələrdə şirnikləndirici vədlər müqabilində ələ alaraq paytaxt ərazisində narkokuryerliyə cəlb etmək istəyiblər. Faktlarla bağlı toplanan materiallar Nəsimi RPİ-nin İstintaq Şöbəsinə göndərilib. Bu şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Həftənin ən çox oxunanları

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur
DAVAMIN OXU davamın oxu

İlqar Mustafayev həbs edildi

İlqar Mustafayev həbs edildi
DAVAMIN OXU davamın oxu

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu

Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
DAVAMIN OXU davamın oxu

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
DAVAMIN OXU davamın oxu