Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

XIV Leo Donald Trampla polemikaya girməkdən imtina etdi

2 dəq
Paylaş:
XIV Leo Donald Trampla polemikaya girməkdən imtina etdi

ABŞ Prezidenti Trampın kəskin tənqidlərinə baxmayaraq, Papası XIV Leo Yaxın Şərqdəki müharibəyə qarşı qətiyyətli mövqeyindən geri çəkilməyəcəyini bəyan edib.

“Operativ Məlumat Mərkəzi-OMM” CNN-ə istinadən xəbər verir ki, katolik kilsəsinin rəhbəri bu barədə Əlcəzairə yola düşən Papa təyyarəsinin göyərtəsində jurnalistlərə açıqlamasında bildirib.

"Mən Donald Trampla müzakirəyə girmək istəmirəm. Problemlərin ədalətli həllini tapmaq üçün dövlətlər arasında sülhü, dialoqu və çoxtərəfli münasibətləri təşviq etməyə çalışaraq, müharibəyə qarşı ucadan çıxış etməyə davam edəcəyəm", - deyə Roma Papası qeyd edib.

əməliyyatlar nəticəsində həddindən artıq çox dinc sakinin həlak olduğunu vurğulayan XIV Leo əlavə edib: "Dünyada çox sayda insan əziyyət çəkir, çox sayda günahsız insan həlak olur. Düşünürəm ki, kimsə ayağa qalxıb başqa - daha yaxşı bir yolun olduğunu deməlidir".

Qeyd edək ki, daha əvvəl ABŞ Prezidenti Donald Roma Papası XIV Leonu cinayətkarlıqla mübarizədə zəif və xarici siyasətdə bərbad olmaqda ittiham etmişdi. Tramp Papanın qardaşı Luinin onun daha çox xoşuna gəldiyini, çünki onun "MAGA" (Make America Great Again) hərəkatını tamamilə dəstəklədiyini bildirib.

Bundan başqa, Donald Tramp vurğulayıb ki, Roma Katolik Kilsəsinin rəhbərliyində İranın silahına malik olmasını normal hesab edən bir Papa görmək istəmir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax