Operativ Məlumat Mərkəzi

Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib

1 dəq
Paylaş:
Papa Fransisk qlobal münaqişə zonalarında sülh çağırışı edib
Müqəddəs Pyotr meydanına toplaşan 30 min insan qarşısında iqamətgahının pəncərəsindən çıxış edən pontifik müharibə zonalarında diplomatik səylər...

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk 2025-ci ilin ilk “Angelus” duası zamanı qlobal münaqişə zonalarında sülh çağırışı edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Müqəddəs Pyotr meydanına toplaşan 30 min insan qarşısında iqamətgahının pəncərəsindən çıxış edən pontifik müharibə zonalarında diplomatik səylər göstərərək dialoq və danışıqları təşviq etməklə ədalət və sülhün bərqərar olması üçün çalışanlara təşəkkürünü bildirib.

“Qardaşlar, bacılar, müharibə məhv edir. Həmişə məhv edir! Müharibə həmişə məğlubiyyətdir. Sülh üçün mübarizə aparın. Hər bir canlının qayğısına qalaq”, - deyə Fransisk vurğulayıb.

Roma Papası xristian ənənələrinə malik ölkələrin liderlərini ən kasıb dövlətlərin borclarını mümkün qədər silmək və ya azaltmaqla yaxşı nümunə olmağa çağırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər