Operativ Məlumat Mərkəzi

Papa Fransisk: Dünya nüvə müharibəsinin astanasındadır

1 dəq
Paylaş:
Papa Fransisk: Dünya nüvə müharibəsinin astanasındadır
Roma Papası ölkələri nüvə silahlarını aradan qaldırmağa, digər silahlardan isə yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb. “Dünyamız hissə-hissə...

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk dünyanın nüvə müharibəsinin astanasında olduğunu deyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Roma Papası ölkələri nüvə silahlarını aradan qaldırmağa, digər silahlardan isə yalnız özünümüdafiə üçün istifadə etməyə çağırıb.

“Dünyamız hissə-hissə aparılan üçüncü dünya müharibəsinin məngənəsində qalmaqda davam edir. Ukraynadakı münaqişənin faciəvi vəziyyətində nüvə silahına əl atmaq təhlükəsi də yox deyil. İndiki vəziyyət bizə 1962-ci ilin oktyabrında Kubadakı raket böhranında olduğu kimi, dünyanın nüvə müharibəsi astanasında olduğunu göstərir. Nüvə silahları olmadan da bir dünya mümkündür və bu, zəruridir”, - deyə Papa Fransisk vurğulayıb.

Pontifik adi silahların da mülki hədəflərə qarşı deyil, yalnız müdafiə məqsədləri üçün istifadə edilməsinin vacibliyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər