Pakistanın baş naziri Şahbaz Şərif Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasının (PML-N) sədri vəzifəsindən istefa verib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Açıqlamaya görə, Şahbaz Şərif böyük qardaşı və keçmiş baş nazir Nəvaz Şərifin partiya rəhbərliyinə keçməsi üçün tutduğu vəzifədən istefa verib.
Xatırladaq ki, Pakistanda fevralın 8-də Milli Assambleya və Əyalət Məclislərinə keçirilən seçkilərdə keçmiş baş nazir İmran Xanın partiyası olan Pakistan Ədalət Hərəkatının (PTI) dəstəklədiyi müstəqil deputatlar birinci, PML-N isə ikinci olub.
Pakistanın baş naziri Şərif partiya sədri vəzifəsindən istefa verib
1 dəq