Pakistanda hərbi konvoya hücum olub.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, partlayış nəticəsində 9 əsgər ölüb, 5 nəfər isə yaralanıb.
Hadisə motosikletdə olan kamikadzenin özünü partlatması nəticəsində baş verib.
Pakistan rəsmiləri baş verən hadisəni terror aktı kimi qiymətləndirib.