Pakistanda fevralın 8-də keçirilən ümumi seçkilərdə heç bir partiya səs çoxluğu qazana bilmədikdən sonra koalisiya hökuməti qurmaq üçün siyasi partiyalar arasında danışıqlar davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Ölkə mətbuatında yer alan xəbərə görə, Pakistan Xalq Partiyasının (PPP) həmsədri və keçmiş prezident Asif Əli Zərdari, PPP həmsədri Bilawal Bhutto Zardari və Pakistan Müsəlman Liqası-Nəvaz Partiyasından (PML-N) keçmiş baş nazir Şahbaz Şərif Lahorda görüşüblər.
Mənbələrin bildirdiyinə görə, PML-N koalisiya hökumətinin qurulmasında ittifaq yaratmaq üçün PPP-yə rəsmi təklif göndərib. Keçmiş prezident Zərdari bəyan edib ki, PPP Mərkəzi İcraiyyə Şurası onun oğlu Bilaval Bhutto Zardarinin baş nazir postuna namizədliyini irəli sürmək barədə qərar qəbul edib.
Pakistanda siyasi partiyalar arasında koalisiya hökuməti danışıqları davam edir
1 dəq