Operativ Məlumat Mərkəzi

Pakistanda polis uşaqlarla dolu məktəb avtobusuna atəş açıb, ölən və yaralananlar var

1 dəq
Paylaş:
Pakistanda polis uşaqlarla dolu məktəb avtobusuna atəş açıb, ölən və yaralananlar var

Pakistanda polis uşaqlarla dolu məktəb avtobusuna atəş açıb, ölən və yaralananlar var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Pakistanın Geo telekanalı məlumat yayıb.

Hadisə Xayber-Paxtunxva əyalətinin Svat rayonunda qeydə alınıb. Məktəb avtobusuna açılan atəş nəticəsində azı bir şagird həlak olub, daha beş nəfər yaralanıb.

Polisin axtardığı şübhəli avtobusda olduğu üçün o, atəş açmaq məcburiyyətində qalıb. Şübhəli silahla birlikdə hadisə yerində yaxalanıb. Onun məktəb ərazisində növbətçi olduğu iddia edilir.

Polis hadisənin başvermə şəraitini araşdırır, zərərçəkənlər xəstəxanaya yerləşdirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər