Əsas məzmuna keç

Pakistan Sammitdə iştirakdan imtina edib

Pakistan Sammitdə iştirakdan imtina edib

bu barədə martın 28-də Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb. Rəsmi İslamabad bunu beynəlxalq dialoq...

II Qlobal Sammitində iştirak etməyəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə martın 28-də Pakistan İslam Respublikası Xarici İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Rəsmi İslamabad bunu dialoq formatı nəzərdə tutulan müəyyən milli öhdəlikləri üzərinə götürməyə hazır olmamaması ilə izah edib.

Bu sammit 2021-ci ildən keçirilir. Pakistan XİN bildirib ki, rəsmi İslamabad ABŞ və ölkələrlə demokratik prinsipləri və dəyərləri təşviq etmək, gücləndirmək, eləcə də insan hüquqlarını təbliğ etmək və korrupsiya ilə mübarizə aparmaqla bağlı ikitərəfli əsasda əlaqə saxlayacaq: “Biz ABŞ və həmsədr ölkələrə Pakistanı bu il martın 29-30-da keçiriləcək II Qlobal Demokratiya Sammitində iştiraka dəvət etdiklərinə görə minnətdarıq”.

Nazirlik vurğulayıb ki, Birləşmiş Ştatlarla Pakistanın dostluğunu yüksək qiymətləndirirlər: “ Cozef Bayden administrasiyası ilə əlaqələrimiz nəzərəçarpacaq dərəcədə inkişaf edib”.

XİN-in açıqlamasında bildirilib ki, Pakistan sülh, sabitlik və firavanlıq naminə əməkdaşlığın gücləndirilməsinə sadiqdir.

Qeyd edək ki, martın 29-30-da Zambiya, Kosta-Rika, Hollandiya, Koreya Respublikası və ABŞ-ın həmsədrliyi ilə virtual formatda II Qlobal Demokratiya Sammiti keçiriləcək.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…