Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan Prezidenti ABŞ və İran arasında razılaşmanı alqışladı

2 dəq
Paylaş:
Pakistan Prezidenti ABŞ və İran arasında razılaşmanı alqışladı

Prezidenti Asif Əli Zərdari ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun imzalanmasını alqışlayaraq, sənədin yekun razılaşmanın əldə olunmasına və regionda sülhün möhkəmlənməsinə doğru bir addım olacağına ümid etdiyini bildirib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Pakistan Prezidentinin "X" sosial şəbəkəsində məlumat yayıb.

"Mən ABŞ və İran arasında yekun razılaşmaya yol açacağına və regionda davamlı və hərtərəfli sülhün əsasını qoyacağına ümid etdiyimiz Qarşılıqlı Anlaşma Memorandumunun imzalanması ilə bağlı elanı alqışlayıram. Pakistan bu mürəkkəb dövrdə dialoq və diplomatiyanı ardıcıl olaraq dəstəklədiyi üçün fəxr edir", - məlumatda bildirilib.

Zərdari vurğulayıb ki, bu addım həmçinin çoxtərəfli əməkdaşlığın möhkəmlənməsinə və mübahisələrin qarşılıqlı əlaqə və qarşılıqlı hörmət vasitəsilə sülh yolu ilə həllinə verilən mühüm töhfədir.

Pakistan Prezidenti tərəflərin göstərdiyi səylərin həm regionda, həm də bütün dünyada sülhün, sabitliyin və rifahın möhkəmlənməsinə kömək edəcəyinə ümid etdiyini bildirib.

Daha əvvəl Pakistanın Şahbaz Şərif ABŞ və İran arasında razılaşmanın əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, sənədin iyunun 19-da İsveçrədə imzalanması planlaşdırılır, tərəflər isə artıq əməliyyatların dayandırılması barədə razılığa gəliblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax