Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

İsrail və Livan arasında atəşkəsi alqışladılar

1 dəq
Paylaş:
İsrail və Livan arasında atəşkəsi alqışladılar

prezidenti Asif Əli Şərif İsrail və Livan arasında on günlük atəşkəsi alqışlayıblar.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Zərdari bildirib ki, Livandakı atəşkəs Yaxın Şərqdə gərginliyin azaldılması və sabitliyə doğru atılan addımdır:

"Pakistan Livanın suverenliyini dəstəkləyir və regionda davamlı sülhə nail olmaq üçün İranla ABŞ arasında gərginliyi azaltmaq səylərini davam etdirir".

Şərif İsrail və Livan arasında atəşkəsin Yaxın Şərqdə davamlı sülhə yol açacağına ümid etdiyini bildirib.

"Pakistan Livanın suverenliyinə və bütövlüyünə sarsılmaz dəstəyini bir daha təsdiqləyir və Yaxın Şərqdə müharibəyə son qoymaq üçün bütün səyləri dəstəkləməyə davam edəcək", - o qeyd edib.

Xatırladaq ki, 16 apreldə ABŞ prezidenti Donald Tramp İsrail və Livanın atəşkəs barədə razılığa gəldiyini açıqlayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax