Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Pakistan və İran arasında mühüm görüşdə irəliləyiş əldə edildi

2 dəq
Paylaş:
Pakistan və İran arasında mühüm görüşdə irəliləyiş əldə edildi

Pakistanın naziri İran Prezidenti ilə keçirdiyi görüşün detallarını açıqlayıb.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Nəqvi “X” sosial şəbəkəsindəki hesabında Pakistanın ordu komandanı feldmarşal Asim Munirlə birlikdə İran rəhbərliyi ilə “çox müsbət və məhsuldar” görüş keçirdiklərini bildirib.

Görüş zamanı ABŞ və İran arasında davam edən fikir ayrılıqları, Yaxın Şərqdəki gərgin vəziyyət və böhranın yolları əsas müzakirə mövzuları olub.

Tərəflər həmçinin “İslamabad Memorandum”unun (MoU) bərpası məsələsini və bunun regionda münaqişənin hərtərəfli tənzimlənməsinə verə biləcəyi töhfələri müzakirə ediblər.

Möhsün Nəqvinin sözlərinə görə, İran Prezidenti hökumətinin mövqeyini və narahatlıqlarını açıq şəkildə ifadə edib. Görüşdə tərəflər arasında konstruktiv fikir mübadiləsi aparılıb və mövcud problemlərin həlli üçün mümkün addımlar nəzərdən keçirilib.

Pakistanlı nazir görüşün sonunda əhəmiyyətli əldə edildiyini bildirib. O, yaranmış müsbət dinamikanın Yaxın Şərqdə uzunmüddətli və sabitliyin təmin olunmasına töhfə verəcəyinə ümid etdiyini vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə