Pakistan Birləşmiş Ərəb Əmirliklərində yerləşən Barakah nüvə stansiyasına pilotsuz uçuş aparatı ilə həyata keçirilən hücumu kəskin şəkildə pisləyib.
"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
Bəyanatda qeyd olunub ki, nüvə obyektlərinin qəsdən hədəfə alınması beynəlxalq hüququn və nüvə təhlükəsizliyi prinsiplərinin ciddi şəkildə pozulması hesab olunur.
“Nüvə qurğuları heç bir halda hədəfə alınmamalıdır”, - deyə Pakistan XİN vurğulayıb.
Rəsmi İslamabad həmçinin bildirib ki, Pakistan bu məsələdə Birləşmiş Ərəb Əmirlikləri ilə tam həmrəydir və regionda sabitliklə təhlükəsizliyin qorunmasını dəstəkləyir.