Əsas məzmuna keç

PA-nın sektor müdiri: "Ermənistan itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları verməkdən qorxur"

PA-nın sektor müdiri: "Ermənistan itkin düşmüş azərbaycanlılarla bağlı məlumatları verməkdən qorxur"

I Qarabağ müharibəsi zamanı ölkəmizin təxminən 3 900 itkin düşmüş insanı var. Bunu Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin...

I müharibəsi zamanı ölkəmizin təxminən 3 900 itkin düşmüş insanı var.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Həbib Mikayıllı itkin düşmüş şəxslərlə bağlı brifinqdə deyib.

Onun sözlərinə görə, aidiyyəti qurumlar bu məsələ ilə bağlı sıx əməkdaşlıq edilir:

"BQXK-dən gözləntilərimiz yüksək idi".

"Ərazilərimizin azad olunması həmin yerlərdə fəaliyyətimizin gücləndirilməsinə imkan verib. Çünki artıq həmin ərazilərdə işlər görürük, kütləvi məzarlıqlar aşkar edirik. Aşkarlanan qalıqlarda erməni hərbçilərin daim əsirlərə işgəncələr verildiyi məlum olur. Ermənistanla bir çox məsələlər, eləcə itkin düşmüş şəxslərlə bağlı daim müzakirələr aparılır. Ümid edirik ki, artıq itkin düşmüş şəxslərin aqibəti barədə bizə məlumat verəcək, həmçinin kütləvi məzarlıqların siyahısını bizə verəcək. 30 il vaxt keçib, görünən odur ki, belə məlumatları paylaşmaqdan qorxurlar. Çünki bilirlər ki, siyahını verəcəkləri təqdirdə Müharibə cinayətləri ilə bağlı komissiya müvafiq tədbirlər görəcək. Bu məsələdə beynəlxalq səviyyəli iş birliyinə ehtiyac var".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…