Əsas məzmuna keç

Özünü maşınların altına atan şəxs tutuldu - FOTO

Özünü maşınların altına atan şəxs tutuldu - FOTO

Paytaxtın Yasamal rayonu ərazisində - “20 Yanvar” dairəsində nəqliyyat vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub. Bu barədə...

Paytaxtın rayonu ərazisində - “20 Yanvar” dairəsində vasitələrinin hərəkət yoluna çıxaraq təhlükə yaradan şəxs müəyyən olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə DİN-in Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Yasamal Rayon İdarəsinin keçirdiyi tədbirlərlə 1988-ci il təvəllüdlü Quliyev Ruslan Eldar oğlu saxlanılıb. Əvvəllər oğurluq, soyğunçuluq və dələduzluq maddələri ilə məhkum olunan şəxsin narkoloji vəziyyəti nəzərə alınaraq barəsində məsuliyyət tədbiri görülür.

“Bir daha sürücülərin diqqətinə çatdırırıq ki, hüquqazidd əməllərə məruz qaldıqda və ya rastlaşdıqda dərhal polisə məlumat verilməlidir”, - nazirliyin məlumatında vurğulanıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…