Suverenliyimiz bərpa olunandan sonra ilk dəfədir ki, biz Aşuranı keçiririk. Xankəndidə bayrağımız ucalandan, Şuşada "Allahu-Əkbər" səsi gələndən, məscidlərimiz təmir olunandan sonra deyə bilərəm ki, dövlətimiz bu günkü gündə öz torpaqlarını azad etdi.
"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, QMİ-nin təşkil etdiyi qanvermə aksiyası zamanı jurnalistlərə danışan A.Paşazadə bildirib ki, torpaqlarımızda yeni-yeni tikintilər, insanların məskunlaşması, məscidlərin bərpasıyla yanaşı kilsələr də inşa olunub.
“Hətta mən Şuşaya ziyarət edərkən, erməni kilsəsinin də inşa olunduğunu gördüm. Çox maraqlıdır ki, ermənilər özlərini xristian adlandırırlar, ancaq onlar öz kilsələrini də dağıdıb, məhv ediblər”,- deyə QMİ sədri qeyd edib.
Allahşükür Paşazadə bildirib ki, ona görə də biz Aşura məktəbindən dərs almalıyıq. Biz öz torpağımızı, vətənimizi qorumalıyıq. Torpaq yolunda, namus yolunda, qeyrət yolunda canımızı fəda etməyi bacarmalıyıq.
Mehman Mirzəzadə, Aminə Nəzərova