Özbəkistanda Xocalı soyqırımına dair poemanın təqdimatı keçiriləcək

Özbəkistanda Xocalı soyqırımına dair poemanın təqdimatı keçiriləcək
19.02.2024 11:36
Aa
dəq

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Xocalı soyqırımına həsr olunmuş “Mələklərin soyqırımı” adlı poemanın və Özbək məşhur fotomüxbir Husniddin Atoevin Azərbaycana, Qarabağa reallaşdırılmış mediatur zamanı çəkdiyi fotolardan ibarət “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi keçiriləcək.

Azərbaycanın Özbəkistandakı səfirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, tədbir fevralın 20-də Daşkənd şəhərindəki tarixi Turan kitabxanasında keçirilicək.

Qeyd edək ki, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi 2020-ci ilin fevral ayında elan etdiyi “Qarabağ Azərbaycan mədəniyyətinin beşiyidir” adlı müsabiqənin qalibləri olmuş mərhum azərbaycanlı şair Oqtay İsmayıllının “Mələklərin soyqırımı” və Özbəkistanın tanınmış şairəsi, yazıçı-publisist Xasiyyət Rüstəmin “Adı Lalə idi o qızın” poemaları hazırlanıb. Sözügedən poemalar Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən qarşılıqlı olaraq Azərbaycan və özbək dillərinə tərcümə edilərək çap edilib.

“Mələklərin soyqırımı” adlı poemanın təqdimatı ilə yanaşı, Turan kitabxanasında Özbəkistanın tanınmış fotomüxbiri Hüsniddin Atoevin “Qarabağda yenidən doğan günəş” adlı foto-sərgisi də təqdim ediləcək. Sərgidə nümayiş olunacaq fotolar Özbəkistanlı jurnalistlərin Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən işğaldan azad olunmuş torpaqlara təşkil edilmiş media-tur çərçivəsində Hüsniddin Atoevin çəkdiyi kadrlar. Fotolarda Ağdam, Şuşa, Füzuli şəhərlərinin, kənd və qəsəbələrimizin erməni işğalı nəticəsində dağıdılmış vəziyyəti və işğaldan sonra sözügedən ərazilərdə Azərbaycan dövləti tərəfindən aparılan quruculuq işləri əks olunub.

Sözügedən sərginin cari ilin fevral ayının 26-a qədər Daşkənd şəhərindəki tarixi Turan kitabxanasında sərgilənməsi nəzərdə tutulub.

Həftənin ən çox oxunanları

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var

Azərbaycan Prezidenti: Malta ilə əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlar var
DAVAMIN OXU davamın oxu

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib

Prezident İlham Əliyev maltalı həmkarını təbrik edib
DAVAMIN OXU davamın oxu

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib

Türkiyə MN Azərbaycanı Dövlət Suverenliyi Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib

Azərbaycan XİN Nepalı Milli Günü münasibətilə təbrik edib
DAVAMIN OXU davamın oxu

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib

XİN Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
DAVAMIN OXU davamın oxu