Özbəkistan Rəyasət Heyətinin Mətbuat Xidmətindən verilən məlumata görə, Mirziyoyev “törətdiyi cinayətə görə peşman olan məhbusların Ramazan bayramı münasibətilə əfv edilməsi haqqında” fərmanı imzalayıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, sərəncama əsasən, 426 məhkumun faydalanacağı amnistiya çərçivəsində 335 məhkum azadlığa buraxılacaq, 91 məhkumun cəza müddəti qısaldılacaq.
Əfv olunan məhbusların 5-i qeyri-qanuni təşkilatın üzvü, 13-ü 60 yaşdan yuxarı, 50-si qadın və 11-i xarici ölkə vətəndaşıdır.
Prezident Mirziyoyevin Ramazan bayramı ilə bağlı imzaladığı fərmanla ötən il ölkədə 541 məhbus əfv edilib.