Operativ Məlumat Mərkəzi

Monqolustan parlamenti baş nazirin istefaya göndərilməsinə səs verib

1 dəq
Paylaş:
Monqolustan parlamenti baş nazirin istefaya göndərilməsinə səs verib
oktyabrın 17-də keçirilən iclasda iştirak edən 111 deputatdan 71-i qərarın lehinə səs verib. Bildirilir ki, bundan əvvəl – oktyabrın 7-də parlamentin...

Monqolustan Dövlət Böyük Xuralının – yəni parlamentin üzvlərinin əksəriyyəti Baş nazir Qombojavın Zandanşatarın vəzifəsindən kənarlaşdırılması təklifinin lehinə səs verib.

"Operativ Məlumat Mərkəzi-OMM" parlamentin mətbuat xidmətinə istinadən xəbər verir ki, oktyabrın 17-də keçirilən iclasda iştirak edən 111 deputatdan 71-i qərarın lehinə səs verib.

Bildirilir ki, bundan əvvəl – oktyabrın 7-də parlamentin 50-dən çox üzvü baş nazirin istefası tələbi ilə rəsmi sənəd imzalayıb.

Yeni baş nazir təyin olunana qədər Zandanşatar hökumət başçısının səlahiyyətlərini müvəqqəti icra edəcək.

Qeyd edək ki, bir qədər əvvəl parlamentin spikeri Daşzeqvin Amarbayasqalan da istefa verib. O bildirib ki, ölkədə yaranan siyasi böhran Monqolustan Xalq Partiyasının məğlubiyyətini qəbul etməyən Zandanşatar və onun tərəfdarlarının davranışlarından qaynaqlanır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər